Qadin.NET / Whatsapp rəsmən Facebook-da

Whatsapp rəsmən Facebook-da

Whatsapp rəsmən Facebook-da
Facebook-un 19 milyard dollara satın aldığı Whatsapp nəhayət rəsmən sosial şəbəkənin nəzarəti altına keçdi. Artıq Whatsapp-ın qurucusu olan Jan Koum sosial şəbəkə ilə çalışacaq. Əgər o 4 il Facebook-la əməkdaşlıq etsə 1,9 milyard dollar qazanacaq. İki iri şəbəkə arasında alqı-satqı razılaşması fevral ayında bağlanmışdı. 
Facebook yaradıcısı Mark Zuckerberq daha öncə Whatsapp haqqında önəmli məlumatlar verib. O, mesajlaşma proqramında ciddi dəyişiklik olmayacağını demişdi. Qeyd edək ki, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər. Pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını bildirilmişdi.

Mənbə: ANS PRESS

9 oktyabr 2014
GO BACK