Avstraliya İŞİD qruplaşmasının İraqdakı mövqelərinə ilk aviazərbələrini endirib. Bunu Avstraliyanın Baş naziri Toni Ebbot da təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, aviazərbələrin məqsədi İŞİD ekstremistlərinin istifadə etdiyi binanı dağıtmaq olub, lakin Toni Ebbot bu binanın adını açıqlamayıb.
Avstraliya İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya ötən həftə ölkə parlamenti buna rəsmən icazə verdikdən sonra qoşulub. Hazırda Avstraliyanın Birləşmiş Ərəb Əmirliklərində 6 ədəd "Super Hornet" qırıcı təyyarəsi var. Ölkə İŞİD-lə mübarizədə İraq hərbçilərinə təlim keçmək üçün hərbçilərini də İraqa göndərməyi planlaşdırır.
Mənbə: ANS PRESS