Qadin.NET / Zirəddin Rzayevdən dəhşətli proqnoz

Zirəddin Rzayevdən dəhşətli proqnoz

 

Zirəddin Rzayevdən dəhşətli proqnoz

Dünyada baş verən dəhşətli hadisələr səngimək bilmir. Günbəgün yeni terror təşkilatları yaranır və faciələr baş alıb gedir. Zəlzələlər, müxtəlif təbiət hadisələri, eləcə də qəzalar hər gün minlərlə insanın ölümünə səbəb olur. Görəsən gələcəkdə vəziyyət necə olacaq? Hər kəsi maraqlandıran bu suala cavab tapmaq üçün tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayevlə əlaqə saxladıq. Öncəgörən ANS PRESS-ə müsahibəsində gələcəklə bağlı dəhşətli proqnozlar verdi.
ANS PRESS-in Zirəddin Rzayevlə müsahibəni təqdim edirik:
- Çoxdandır Zirəddin Rzayev haqqında heç nə eşitmirik. Nə yeniliklər var? Hazırda nə işlə məşğul olursan?
- Hələlik elə bir yenilik yoxdur. Ümumilikdə işlərim əladır. Hazırda bizneslə məşğulam. Ərzaq və geyim biznesi. Firmalarla əməkdaşlıq edirəm. Xəstəxanada da işim davam edir. Parapsixologiya və ekstrasensensliklə məşğulam.
- İndi səni kiçik sahibkar adlandırmaq olar, ya böyük sahibkar?
- (Gülür) Orta sahibkar demək olar. Şükrlər olsun ki, qazancım normaldır. Allah verənə həmişə şükür etmişəm.
- Azərbaycanı nələr gözləyir? 
- Azərbaycanlı bağlı proqnozlarım təhrif olunduğu üçün danışmaq istəmirəm. 
- Dünyada gedən proseslərə nəzər saldıqda görərik ki, vəziyyət heç də ürəkaçan deyil. Müharibələr, qan, terror və s. Deyirlər ki, üçüncü dünya müharibəsi başlayacaq. Üçüncü dünya müharibəsi olacaqmı və nə zaman olacaq?
- Açığını desəm hazırda 3-cü dünya müharibə gedir. Bu müharibə 1-ci və 2-ci dünya müharibələrindən də təhlükəli və amansızdır. İŞİD-lə bağlı məsələlər 3-cü dünya müharibəsinin göstəricisidir. Hegemon dövlətlər zəif dövlətləri məhv edir. Bu qeyri rəsmi 3-cü dünya müharibəsidir. Bu müharibə artıq başlayıb. Sadəcə bu əbul olunmamış müharibədir.
- Bu müharibənin nəticəsi nə olacaq? Udan kim olacaq, uduzan kim?
- Bir tarixə nəzər salaq. İraqda Həzrət Əlinin qəbri bombalandı. Suriyada peyğəmbərin əsabəsinin qəbri açıldı və 1400 il çürüməmiş cəsədi çıxardılar. İmam Hüseynin hərəminə bomba atıldı. Ziyarətə gedən zəvvarlar öldü. İzraildə qan tökülürsə, qəbirdəki müqəddəslər çıxarılırsa, deməli Allahla şeytanın mübarizəsi gedir. Qərb şərqi məhv edir. Bu 3-cü dünya müharibəsindən də dəhşətlidir. Bunlar qiyamətin əlamətləridir. Bu müharibədə xeyir şərdən güclüdür. Allah şeytandan güclüdür. Həmişə sonda xeyir qələbə çalır.
- İraq və Suriyadakı proseslərin axırı necə olacaq? 
- Son zamanlar İŞİD qüvvələri barədə ilk dəfə eşidirik. Bu son zamanlar yaranıb. Bütün terror təşkilatlarını maliyyələşdirən xristian dövlətləridir. Onun İslama heç bir aidiyyatı yoxdur. İndiyə kimi belə bir qrup eşitməmişdik. Bu qərbin süni yaratdığı bir quruplaşmadır və onlardan məqsədyönlü istifadə edirlər.
- Dünyanı maraqlandıran məsələlərdən biri də Rusiya ilə Ukrayna arasında gedən müharibədir. Bu müharibənin sonu necə olacaq?
- Ukrayna Rusiya məsələsində Rusiya ilə bağlı bir təhlükə görmürəm. Rusiyadan heç kimə zərər gəlməyəcək. İraq, Suriya, Əfqanıstanın aqibəti necə olubsa, Ukraynada da elə olacaq. Yəni müharibə olub sakitləşəcək.
- Bəs üzümüzə gələn illərdə nələr olacaq?
- 2016- ci il dünya tarixi üçün çox təhlükəli il olacaq. Bu ildə qanlar, qətllər, təbii fəlakətlər görürəm. Bu il bütün ölkələrdə vəziyyət acınacaqlı olacaq. 2016-cı ildə böhran, aclıq, təlatüm, dəhşətli faciələr olacaq. Şər qüvvələrin tüğyan etdiyi il olacaq.

 

Mənbə: ANS PRESS

9 oktyabr 2014
GO BACK