Qadin.NET / Gürcüstanda zəlzələ şaxtanı dağıdıb

Gürcüstanda zəlzələ şaxtanı dağıdıb

 

Gürcüstanda zəlzələ şaxtanı dağıdıb

Gürcüstanın qərbində 3,7 bal gücündə zəlzələ baş verib
ANS PRESS-in məlumatına görə, zəlzələnin episentri mədən şəhəri olan Tkibulidən 5 kilometr aralıqda baş verib.
Yeraltı təkanlar burada bəzi şaxtaların dağılmasına səbəb olub. Hadisədə həyətını itirən olmasa da işçilərdən biri ayağını sındırıb, digər bir neçə mədənçi də yüngül xəsarətlər alıblar.
“Onlar hamısı vaxtında şaxtadan çıxarıldı. Ayağını sındıran mədənçi isə xəstəxanaya çatdırılıb və ona lazımı tibbi yardım göstərilir”- deyə həmkarlar ittifaqından bildiriblər.

Mənbə: ANS PRESS

 

9 oktyabr 2014
GO BACK