ANS TV-nin məlumatına görə, uşaq ağladıqda valideynlərin çox vaxt müraciət etdiyi üsul, daha dəqiq desək, əşya əmziklərdir. Əmziklərdən valideynlər tək uşaqları sakitləşdirmək üçün deyil, həmçinin onların başını qatmaq üçün vasitə kimi də istifadə edirlər. Müxtəlif növdə, fərqli qiymətlərlə satılan əmziklər körpənin tələblərini ödəməklə yanaşı, bir sıra mənfi cəhətlərə də malikdir. Baş pediatr Nəsib Quliyevin sözlərinə görə, uşaq əmziklərindən istifadə etməklə analar şüurlu şəkildə körpələrinə ziyan verir. Əmziklər uşaqlarda əmmə aktını pozur. Sonra ana körpəni əmizdirən zaman yorğun əzələlər lazımi səviyyədə işləyə bilmir və uşaq əmmə aktını sona çatdırır. Nəticədə körpə yarı ac, yarı tox qalır. Əmziklər həm də infeksiya mənbəyidir. Ətrafda nə qədər bakteriya və mikrob varsa, onları əmzik vasitəsilə uşağın ağzına keçir. Bu isə körpədə bir sıra xəstəliklərə gətirib çıxarır.
“Əmziklərdən istifadə mədə-bağırsaq sistemində cürbəcür yolxücü xəstəliklər törədir. Ağız boşluğunda stamatidlər törədir. Uşaqlarda iştahsızlıq əmələ gətirir və s.” – deyə baş pediatr Nəsib Quliyev qeyd edib.
Əmzik dadbilməyə, həm də nitqin inkişafına manedir. Defektoloqlar deyir ki, əmzik uşağın ağız boşluğunun quruluşuna, dişlərinin sıralanmasına təsir edir, bəzən gec danışmasına səbəb olur. Əmzikdən uzun müddət istifadə qulaqda iltihab yarada bilər. Əmzik qırıldıqda və ya körpənin boynuna iplə salındıqda boğulmağa və ya nəfəs tutulmasına səbəb ola bilər. Əmziklərin uşaqların əsəblərini sakitləşdirmək üçün və yuxugətirici bir vasitə kimi də istifadə olunur. Psixoloq Aidə Nəbiyevanını sözlərinə görə bu tamamilə yalnış fikirdir. Bunun üçün alternativ və xeyirli vasitələr var.
“Əgər uşaqalrına əmzik verməyə başladıblarsa, o zaman bunu arasını tez bir zamanda kəssinlər. Çünki bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Unutmayaq ki, normal insanlar əmziklə yatmır, bu isə o deməkdir ki, uşaq əmziksiz də yata bilər.” – deyə Aidə Nəbiyeva töhsiyə edir.
Hər halda bu gün satışda müxtəlif çeşiddə həm rezin, həm də silikon əmziklərə tələbat yüksəkdir. Onlardan istifadə edib-etməməsi isə bilavasitə valideynlərin üzərinə düşən bir məsuliyyətdir. Bu gün övladlarınızın başını aldatdmaq üçün istifadə etdiyiniz süni əmziklərin onun sabahkı həyatı üçün hansısa təhlükə mənbəyi olduğunu gözardına almayın.
Mənbə: ANS PRESS