Qadin.NET / Erməni aclığının şok ölçüləri

Erməni aclığının şok ölçüləri

 

Erməni aclığının şok ölçüləri

Ermənistan sakinlərinin 30%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 
ANS PRESS-in məlumatına görə. bu barədə “Ermənistanda ərzaq təhlükəsizliyinin aspektləri” adlı araşdırmada vurğulanıb. Araşdırma “Oxfam” beynəlxalq qeyri-hökumət təşkilatı, Avropa Birliyi və “Business Support Center” təşkilatının dəstəyi ilə gerçəkləşdirilib. 
Həm də araşdırmada minimum istehlak səbəti öyrənilməyib, yalnız insanın yaşaması üçün lazım olan minimum zəruri qida xərclərini əhatə edib. Yəni Ermənistanda yoxsulluğun həqiqi ölçüləri daha yüksəkdir və erməni ailələrin 90%-inin əsas qazancı qida xərclərinə gedir. 
Amma əhalinin 30 faizi pullarını yalnız qidaya yönəltsə də, Dünya Bankının “aclığın sərhədləri” metodologiyasına görə yaşamaq üçün adambaşına vacib olan ərzağı ala bilmir. Həmin metodologiyaya görə, insan üçün ən azı gün ərzində 460 qram çörək, 200 qram tərəvəz, 145 qram kartof, 250 qram toz şəkər, 50 qram ət yemək vajibdir. 
“Ermənistanda ərzaq təhlükəsizliyinin aspektləri” araşdırması başqa bir məsələni ortaya çıxarıb. Əhalinin 80 faizinin gəlirləri araşdırmanın əhatə etdiyi 10 il müddətində (2002-2012-ci illər ərzində) dollar ifadəsində dəyişməyib. Amma ölkə hakimiyyətində olan və onların yaxınları üçün vəziyyət dəyişir. Varlı 10%-nin gəlirləri dollar ifadəsində 3 dəfə artıb.

Mənbə: ANS PRESS

 

8 oktyabr 2014
GO BACK