Bunu çərşənbə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, ölkədə havanın temperaturunun enməsi ilə yoluxmuş heyvanlarının sayında xeyli azalma müşahidə olunur: "Bununla belə, indiyədək 2800-dən çox yoluxma halı qeydə alınıb. 2600 heyvan uğurlu müalicə alıb, 200-dən artıq heyvan isə hazırda müalicə almaqdadır. Son məlumata görə, təqribən 40 heyvan tələf olub".
Y.Xanvəli vurğulayıb ki, hazırda xəstəlikə mübarizə davam edir. Heyvanların dezinfeksiyası, dezinseksiyası və simptomatik müalicəsi üzrə tədbirlər görülür.
Onun sözlərinə əsasən, rayonlarda virusa məruz qalmış mal-qara bazarlarının əksəriyyəti (sayı 10 olub) Qurban bayramı ərəfəsində işlərini bərpa edib: "Bu bazarlarda kiçikbuynuzlu mal-qaranın satılması üçün şərait yaradılıb, bəzi yerlərdə isə hətta Dövlət Baytarlıq Xidmətinin ciddi nəzarəti altında iribuynuzlu mal-qaranın satışına icazə verilib".
Qeyd edək ki, xəstəlik ilk dəfə təqribən 3 ay əvvəl Ağdaş, Biləsuvar, Cəlilabad və Ucar rayonlarında aşkarlanıb. Əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral zonada baş verib.
"Nodulyar dermatit" xəstəliyi qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.
X X X
Milli.Az EL TV-yə istinadən bildirir ki, artıq 15 gündən çoxdur ki, Sabirabad rayonunun 24-ə yaxın yaşayış məntəqəsində iribuynuzlu heyvanlar arasında "Nodulyar dermatit" virus xəstəliyinə rast gəlinir. Rayon üzrə 100-dən çox heyvan bu virusun daşıyıcısıdır. Xəstəlikdən indiyə kimi 20 başdan çox heyvan tələf olub. Xəstəliyin qeydə alındığı vaxtdan Sabirabad Rayon Baytarlıq İdarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin rəisi Fikrət Rəsulov bildirib ki, mütəxəssislər xəstəliyin qarşısını almaq və daha geniş əraziyə yayılmasına yol verməmək üçün profilaktik tədbirlər həyata keçirirlər.
Xəstəliyin müşahidə edildiyi təsərrüfatlar dezinfeksiya olunur. Sabirabad respublikanın ən iri heyvandarlıq rayonlarından biridir. Rayonda 114 min 222 min baş iribuynuzlu, 200 min 262 baş xırdabuynuzlu heyvan var.