Bu gün xarici dil biliyi olmadan karyera qurmaq, demək olar ki, mümkünsüzdür. Bundan əlavə, xarici dil biliyi insanın dünyagörüşünü də artırır. Bütün bu faktları nəzərə alaraq valideynlər erkən yaşlarından övladlarına xarici dil öyrətməyə çalışırlar.
Bəziləri hesab edirlər ki, övladları xarici dili nə qədər tez öyrənərlərsə, gələcək inkişafları da bir o qədər yaxşı olacaq. Digərləri isə hesab edirlər ki, ikinci dilin öyrənilməsi ana dilin tam mənimsənilməsinə mane olur.
Belə bir sual ortaya çıxır: Doğrudanmı erkən yaşlardan xarici dil öyrənən uşaq böyüyəndə nitqi gözəl, özü isə uğurlu olur?
Milli.Az xəbər verir ki, psixoloq Şəfa Əhmədova məsələni araşdırmaqda Azernevs.Az-a yardımçı olub.
Onun sözlərinə görə, burada vahid fikir yoxdur.
Onun sözlərinə görə, burada vahid fikir yoxdur.
“Bu məsələ müasir dövrdə cəmiyyətimizdə aktualdır. Valideynlər övladlarını məcbur edirlər ki, erkən yaşlarda xarici dil öyrənsinlər. Əgər evdə valideynlər fərqli dillərdə danışırlarsa, onda uşaqlar nitqin incəliklərini seçə bilirlər. Bu hətta uşağın düşüncəsinin də inkişafına şərait yaradır”.
Bir qayda olaraq bilinqvist uşaqlar gələcəkdə xarici dilləri rahat öyrənirlər. İkidilli adamlar daha sürətli və çevik düşünürlər. İkidillilik beyin üçün güclü məşqdir.
Uşaq beyninin gördüyü və eşitdiyi hər şeyi süngər kimi udmasına baxmayaraq, psixoloq tövsiyyə edir ki, körpələrə ilk olaraq ana dilinə səlis yiyələnmək imkanı verilsin. Əks halda uşaq hər iki dildə fikirlərini ifadə etməkdə çətinlik çəkir.
Psixoloq valideynlərə xəbərdarlıq edir ki, uşaqlara xarici dil öyrətmək qərarına gələrkən diqqətli olsunlar. Çünki hər bir uşağa fərdi yanaşmaq lazımdır. Bundan əlavə, uşaq öz yaşına uyğun olaraq uşaqlığını da yaşamalıdır.
Psixoloq valideynlərə xəbərdarlıq edir ki, uşaqlara xarici dil öyrətmək qərarına gələrkən diqqətli olsunlar. Çünki hər bir uşağa fərdi yanaşmaq lazımdır. Bundan əlavə, uşaq öz yaşına uyğun olaraq uşaqlığını da yaşamalıdır.
Xarici dil biliyi uşaqların gələcək uğurları üçün sadə üsuldur. Bu, uşağın özünüqiymətləndirmə, azadlıq və əminlik hissini artırır.
Mənbə: Milli.Az