Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələri Qarabağda girov saxlanılan azərbaycanlılara baş çəkib.
ANS PRESS-in məlumatına görə, bu barədə BQXK-dnin İrəvan ofisi məlumat yayıb. 6 oktyabr tarixində baş tutan görüş sayca 5-cidir. Görüş əsnasında girovların yaxınlarından məktublar həmyerlilərimizə, həmçinin girovların məktubları da öz növbəsində ailələrinə verilməsi üçün götürülüb.
Qeyd edək ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan məhkəmədə isə həmyerlilərimiz ittiham olunacaq. Öz torpaqlarında işğalçılar tərəfindən məhkəməyə çaxarılması planlaşdırılan azərbaycanlılar müxtəlif cinayətlər törətməkdə günahlandırılır. Məhkəmə prosesinin vaxtı tam dəqiqləşməsə də, yaxın günlərdə baş tutması gözlənilir.
Mənbə: ANS PRESS