Qadin.NET / Dünyanın ən bahalıları

Dünyanın ən bahalıları

 

Dünyanın ən bahalıları

2014-cü ilin ən bahalı idman brendləri açıqlanıb. ANS PRESS-in məlumatına görə, Forbes-in siyahısına həm idmançı, həm klub, həm də idman tədbirləri daxil edilib. Siyahının birincisi basketbolçu Lebron Ceymsdir. Onun qiyməti 37 milyon dollardır. İkinci yerdə 36 milyon dollarla qolfçu Tayqer Vuds və 32 milyon dollarla tennisçi Rojer Federerdir. Vuds 2007-ci ildəki liderliyini əldən buraxıb. 
İlk onluğa qolfçu Fil Mikelson, kriketist Maxendra Sinqx Dxoni, yüngül atlet Useyn Bolt, futbolçu Kriştiano Ronaldo, Lionel Messi, basketbolçu Kobi Brayant, tennisçi Rafael Nadal daxildir. 
Ən bahalı idman kompaniyalarının siyahısına isə 19 milyard dollarla Nike başçılıq edir. ESPN (16.5) və Adidas (5.8 mlrd) ilk üçlükdədir. 
Ən bahalı tədbirlər - Superboul (500 mln. dollar), yay olimpiya oyunları (348 mln), qış Olimpiya oyunları (285 mln) və futbol ürə dünya çempionatı (170 mln) olub. 
Ən bahalı klublar - "Nyu York Yankiz" (521 mln), "Real" (484 mln), "Barselona" (438 mln), "Dallas Kovboyz" (404 mln) və "Mançestr Yunayted" (399 mln).

 

Mənbə: ANS PRESS

8 oktyabr 2014
GO BACK