Türk futbolçu Hakan Çalhanoğluna 4 Avropa nəhəngindən təklif gəlib.ANS PRESS-in məlumatına görə, "Bayer Leverkusen" forması geyən futbolçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu oğlu ilə bağlı açıqlamar verərək Hakanı transfer etmək istəyən klubların adlarını açıqlayıb. O bildirib ki, "Bavariya", "Real Madrid", "Atletiko Madrid" və "Mançester Siti"dən transfer təklifi gəlib.
Hüseyn Çalhanoğlu oğlu Hakan Çalhanoğlunun Almaniyada diqqətlə izləndiyini qeyd edib: "Hakanı yay transferi zamanı "Bavariya", "Real Madrid", "Atletiko Madrid" və "Mançester Siti" kimi klublar istədi. Ancaq, biz "Leverkusen"i seçdik".
Bu seçimin səbəblərinə də toxunan Çalhanoğlu oğlunun ehtiyatda qalmasını istəmədiyini deyib: "Oğlum bəlkə "Bavariya"nın, "Real"ın heyətində ehtiyatda qala bilərdi. Amma, "Leverkusen"də davamlı olaraq oynayacaq. "Leverkusen" çempion olarsa o zaman oğlum daha böyük klublara gedəcək".
Mənbə: ANS PRESS