Qadin.NET / Facebook-da yenilik

Facebook-da yenilik

 

Facebook-da yenilik

Facebook yeniliyə hazırlaşır. Bu dəfə sosial şəbəkənin yeni proqramı vasitəsi ilə anonim şəkildə ünsiyyət həyata keçirmək mümkün olacaq. Yenilik mobil telefonlar üçün tədbiq ediləcək. Bu funksiya müxtəlif adlarla ünsiyyət qurmağa şərait yaradacaq.
Funksiyanın yaxın gələcəkdə istifadəyə veriləcəyi gözlənilir. 
Bu funksiyanın hazırlanmasına səbəb bir müddət öncə ABŞ-da cinsi azlıqları təmsil edədn LGBT nümayəndələrinin uydurma adları ilə açdıqları səhifələrinin bağlanması olub. Bu hadisədən sonra sosial şəbəkə rəhbərliyi istifadəçilərdən üzr istəyib.
Yeni funksiyanın tədbiqindən sonra şəbəkə istifadəçilərinin müxtəlif adlarla dostları ilə necə ünsiyyət quracağı, yeni dostlar əlavə edəcəyi haqqında şirkət təmsilçiləri hələ açıqlama verməyib.
Qeyd edək ki, bu şirkət tərəfindən istifadəçilərin təhlükəsizliyinin qorunması üçün atılan ilk addım deyil.

 

Mənbə: ANS PRESS

8 oktyabr 2014
GO BACK