Qadin.NET / Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək

Azərbaycanda yağış yağacaq, şərq küləyi əsəcək

 

Azərbaycanda qeyri-sabit hava şəraiti oktyabrın 11-ü gündüzə kimi davam edəcək, oktyabrın 11-dən sonra isə hava mülayimləşəcək, yağmursuz olacaq, temperatur ötən günlərlə müqayisədə bir qədər yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, lakin sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişklən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14, gündüz 16-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Aran rayonlarında gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

 

8 oktyabr 2014
GO BACK