Kanada parlamenti ölkənin silahlı qüvvələrinin İraqda İŞİD qüvvələrinə qarşı əməliyyatda iştirakını təsdiqləyib. Baş nazir Stefen Harperin Mühafizəkarlar Partiyasının təqdim etdiyi bu qanun layihəsinin lehinə 157, əleyhinə isə 134 deputat səs verib.
ANS PRESS-in məlumatına görə, parlamentin qəbul etdiyi bu qərar 6 ay ərzində Kanadanın İraqdakı İŞİD mövqelərinə aviazərbələr endirməsinə icazə verir, lakin quru qoşunlarından istifadəni qadağan edir.
Kanada İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya 6 qırıcı təyyarə, 1 kəşfiyyat təyyarəsi, 1 yanacaqdolduran təyyarə və 600 nəfərlik şəxsi heyət təqdim edəcək.
Mənbə: ANS PRESS