Qadin.NET / 10 rayonda qaz problemi olacaq

10 rayonda qaz problemi olacaq

 

10 rayonda qaz problemi olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 12:00-dan 14:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağdaş, Xəzər, Sabunçu, İsmayıllı, Binəqədi və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Mənbə: ANS PRESS

 

8 oktyabr 2014
GO BACK