“Ermənilər nəinki, Dağlıq Qarabağı, hətta bir az da irəli gedərək digər əraziləri də işğal ediblər”.Avropa Azərbaycan Cəmiyyətindən (TEAS)-dən ANS PRESS-ə verilən məlumata görə, bunu professor dr. otuzdan çox kitabın müəllifi, səyyah, jurnalist, professor Piter Şol-LatourPiter Şol-Latour “TV Berlin” telekanalının “Məkanımız Berlindir” proqramında Azərbaycan haqqında müsahibəsində deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Piter Şol-Latour qeyd edib ki, ermənilər Azərbaycan ərazisini Rusiyanın hərbi dəstəyi nəticəsində keçiblər.
- Hüquqi standartlarla mühakimə etsək, ermənilərin hərəkətləri beynəlxalq hüquqa ziddirmi?
- Heç şübhəsiz ki, ermənilər nəinki, Dağlıq Qarabağı ayıran ərazini işğal ediblər, onlar hətta, bir az da irəli gedərək misal üçün, Ağdamı da işğal ediblər. Ağdam keçmiş Dağlıq Qarabağın xaricindədir və strateji olaraq şox vacib mövqedədir. Hazırda Azərbaycanın ərazisinin beşdə biri işğal altındadır.
-Niyə biz bunu müzakirə etmirik? Həmişə inanırıq ki, ərazi toxunulmazlığı prinsipinə riayət olunur. Lakin bu halda görünür ki, heç nəyə məhəl qoyulmayıb.
- Fransada böyük təsirə malik olan erməni icmasının mövcud olduğunu bildirib.
-Bugün biz Azərbaycan və Ermənistan arasında olan münaqişəni müzakirə edirik. Mən bu məsələ ilə bağlı ilk dəfə Bakıdakı Mahnı müsabiqəsi zamanı xəbərdar edildim. Azərbaycanlılar həmişə aydın şəkildə bildirirdilər ki, biz müharibə şəraitindəyik!” Almanlar isə sual verirdilər: “Nə müharibə? Nə üçün müharibə hələ bitməyib?
- Bu Azərbaycan üçün faciəvi vəziyyətdir. Bundan başqa, bu münaqişə ilə məşğul olan Komissiya var. Beş dövlət təmsil olunur, lakin Komissiya heç bir iş görmür.
Müsahibədə neft və qaz kəmərləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
- Azərbaycan qazı Nabucco kəmərini təmin edə bilərdi, lakin indi biz qazı başqa kəmər vasitəsilə alırıq.
- Bu Almaniya və bütün Qərbi Avropa üçün maraqlı bir faktdır ki, bizim böyük həcmdə asılı olduğumuz Rusiya təbii qazı və xam neftindən başqa da, ayrı vacib mənbə var. Tarixən də belə olub, misal üçün, Hitlerin cənuba, Qafqaza irəliləmə səbəbi alman silahlı qüvvələri üçün benzin və ağ neft əldə etmə ehtiyacı ilə izah olunur. Ona görə də Hitler üçün Bakının işğalı Moskvanın işğalından daha önəmli idi. Lakin onun tabeliyində olan insanlar bunu dərk etməmişdilər.
Mən müxtəlif Qafqaz xalqları ilə tanış olmuşam, lakin ən istiqanlıları azərbaycanlılardır və mən bunu yalnız sizə xoş olsun deyə demirəm. Onlar poeziyaya meyllidirlər, aqressivliyə o qədər də meylli deyillər, çox mədəni və mehriban insanlardır. Mən Bakıda və onun ətrafında özümü çox rahat hiss etdim və Ermənistan ərazisi ilə ayrılan kiçik eksklav olan Naxçıvanda çox qonaqpərvər və mehriban insanlarla tanış oldum.