Bu gün Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və şərqi Asiyanın bəzi bölgələrində tam Ay tutulması müşahidə ediləcək.
ANS PRESS-in məlumatına görə, ay tutulması Bakı vaxtı ilə saat 13:00-da başlayacaq və saat 15:25-də tam fazasına çatacaq.
Bu, 2014-cü il ərzində ikinci Ay tutulması olacaq. Bu tutulma zamanı Yer kürəsinin kölgəsi Ay səthini tamamilə tutacaq.
Bu tutulma prosesi zamanı planetimizin təbii peyki olan Ay qırmızı və ya narıncı rəng alacaq. Buna Yer səthindən dolayısı ilə keçən Günəş şüaları sayəsində baş verəcək. Məhz buna görə də bu təbiət hadisəsini «qanlı Ay» adlandırırlar.
Mənbə: ANS PRESS