Qadin.NET / 60 min qərbli qadın İŞİD sıralarında

60 min qərbli qadın İŞİD sıralarında

 

60 min qərbli qadın İŞİD sıralarında

Suriyaya yollanan 50-60 minədək britaniyalı qadını İŞİD-ə üzv olub. ANS PRESS-in məlumatına görə, ehtimal olunur ki, onlar Türkiyə üzərindən Suriyaya keçiblər.
Qruplaşmanın sıralarında ABŞ, Fransa, Hollandiya, Kanada, Norveç və İsveçrə nümayəndələri var.Bu günlərdə isə məktəbli Yusra Husseyn, əkiz bacılar Salma və Zəhra Halan və tələbə Aqsa Mahmudun yoxa çıxması barədə son xəbərlər Britaniyada müsəlman qadınların radikallaşması ilə bağlı narahatlıqlara zəmin yaradıb.Yoxa çıxan məktəbli Yusra Husseynin Suriyaya gedib-getmədiyi tam isbatlanmasa da polis belə bir ehtimalın yüksək olduğuna inanır.Yerdə qalanların əhvalatlarına dair məlumatları Twitter, tumblr, LinkedIn, və ask.fm. kimi sosial şəbəkələrdə tapmaq olar.Bəs görəsən qərbli qadınları İŞİD üzvlüyünə sövq edən nədir?Londondakı “King's College” Universitetinin müdafiə məsələləri üzrə mühazirəçisi Katerin Brovn yeni tədqiqatında radikalaşan müsəlman qadınlarının siyasi fəallığı, onların zorakı siyasət, terrorçuluq və əks-terrorçuluqda rolunu və mediadakı təsvirini araşdırıb.Araşdırmadan məlum olur ki, sosial media qadınların Suriyaya getməsində əhəmiyyətli rol oynayır.İnternetdə onlara məsləhət, dəstək və səyahətlərilə bağlı kömək təklif edilir. Eyni zamanda internet saytlar İŞİD üçün təbliğat vasitəsidir və İslam qaydalarına uyğun həyat və cihadın ideallaşdırılmış təsvirini sərgiləyir.İlk mərhələdə Suriyaya İŞİD sıralarında vuruşan ərlərinə qoşulmaq istəyən qadınlar yola düşüb.Onlardan biri Londonun cənubunda yaşayan 22 yaşlı Xədicə Daredir. O, tvitlərin birində qərbli girovu öldürücək ilk cihadçı qadın olmaq istədiyini bildirib. Xanım Dare Suriyaya isveçli İŞİD döyşüçüsü Abu Bakrla nikaha girdikdən sonra yollanıb.
Bəzi hallarda Suriyaya səyahətinin təşkilində qadınların ailələri mühüm rol oynayır. Ailə iştirakı kənarında isə Suriyaya səyahətdə köməyə onlayn şəbəkələr gəlir.
Son zamanlar qərb mediasında İŞİD döyüşçülərilə nikaha girmək üçün Suriyaya yollanan “cihadçı gəlinlər” barədə çoxsaylı məlumatlar dərc edilib.
Fransada yaşayan ailələr qızlarına elçi düşən suriyalı kişilərdən telefon zəngləri aldığını deyirlər. Belə görünür ki, İŞİD döyüşçülərinin onlayn hesablarına evlilik təklifləri göndərən qadınlar da kişilərdən geri qalmırlar.
Terrorçuluq və təhlükəsizlik məsələləri üzrə “Center for Terrorism and Security Studies” Mərkəzinin əməkdaşı Mia Blum deyir ki, qadınlara burada “uşaq fabriki”ndən artıq rol ayrılmır.
Lakin Suriyaya gedən qadınların istəyi yalnız ər axtarmaqla məhdudlaşmır. “Cihadçı gəlinlər” konsepsiyası əhvalatın yalnız bir hissəsini təşkil edir. Burada başqa amillər də var.Beləki, qadınların İŞİD-ə üzv olmaq qərarı yeni İslam Dövlətinin yaradılmasında iştirak etmək istəyindən irəli gəlir.
İŞİD liderləri məqsədlərinin müharibə ilə məhdudlaşmadığını deyərək, İslam Dövlətinin qurulmasında həkim, mühəndis və inşaatçıları köməyə səsləyirlər.
Qadınlar arasında bu yeni siyasi layihəyə üzvlük əhəmiyyətli romantik çalarlara malikdir. Güman edilir ki, bu yeni dövlətdə qadınları cəlb edən müxtəlif rol və səlahiyyətlərdir. Xəbərlərə görə, Raqqa şəhərində britaniyalı qadın yalnız qadınlardan ibarət əxlaq polisi qüvvəsini təsis edib.
İnternetdə, əlində kəsilmiş baş tutan, intiharçı kəmər taxmış və əllərində AK-47 avtomatını daşıyan qadınların görüntülərinə rast gəlmək olar. Lakin onlar eyni zamanda yemək bişirmək, evi səliqəyə salmaq kimi adi məişət işlərilə də məşğul olurlar.
Evdarlıqla zorakılığın belə qarışığı bir çoxlarını təəccübləndirir. "Boynumda fonendoskop, çiynimdə isə Kalaşnikov. Şəhidlik mənim ən əziz arzumdur”- deyə Malayziyalı qadın Umm al-Baraa yanvar ayında belə bir tvit yazıb.
Belə bir həyat tərzi bəzi müsəlman qadınlarını İslam Dövlətinə sövq edən siyasi amildir.
Bu qadınlar qərb dövlətlərində müsəlmanlara dəyər verilmədiyini, onların ictimai həyatın kənarında qaldığını deyirlər.
“Mən həmişə şəriət qanunları altında yaşamaq istəmişəm. Avropada bu heç vaxt baş verə bilməzdi” – deyə Suriyadan Xədicə adlı sabiq Hollandiya sakini Al-Monitor saytına bildirib.
Qadınlar Qərb ölkələrində İslamın dini tələblərinə əməl etmək məhdudiyyətləri barədə yazırlar və bu ölkələrin siyasi sistemini tənqid edirlər.
Burada misallardan biri olaraq Fransada İslam baş örtüyünə qoyulan qadağa göstərilir.
Mətnlərin çoxunda Qurandan xeyli iqtibaslar gətirilsə də, əsl İslam, Suriyadakı münaqişə və şəriət barədə dərin bilgiyə dəlalət edən əlamətlərin sayı olduqça azdır.
Suriyaya yola düşən qadınların qərarı siyasi və şəxsi səbəblərə söykənir. Lakin bu qərarın qəbulunda sadəlövh romantisizmin də rol oynadığını görmək olar- deyə Katerin Brovnun ara.dırmasında deyilir.

 

Mənbə: ANS PRESS

8 oktyabr 2014
GO BACK