Qadin.NET / Ay tutulması insanlara necə təsir edəcək?

Ay tutulması insanlara necə təsir edəcək?

Ay tutulması insanlara necə təsir edəcək?
Sabah ən nadir kosmik hadisələrdən hesab olunan ay tutulması müşahidə olunacaq. Düzdür ölkəmizdə bu hadisə gündüz vaxtına təsadüf etdiyi üçün Azərbaycan ərazisindən bu nadir hadisə görünməyəcək. İldə azı 2 dəfə müşahidə olunan bu hadisə bu il üçün sonuncu ay tutulmasıdır. Bu zaman ayla günəş eyni anda səmada görünəcək. Bəs bu cür hadisələr yer kürəsinin fiziki quruluşuna və insanlara necə təsir edir?Alimlərin fikrincə, bu, nadir kosmik hadisələrdəndir. Bəs görəsən bu cür hadisələr zamanı yer kürəsi nə kimi dəyişikliklərə məruz qalır? 
Astrofizik Ədalət Ətayi ANS TV-yə verdiyi açıqlamada bildirib ki, ümumiyyətlə nə ay, nə də günəş tutulmaları zamanı insanların səhhətinə ciddi təsir etmir. 
Ancaq yer planetində fiziki dəyişiklər istisna edilmir.
“Ay tutulaması zamanı ay yerin əks tərəfində olacaq, yəni günəş bir tərəfdə, ay da bir tərəfdə. Ayın yaratdığı qabarma böyük olacaq. Günəşin yaratdığı qabarma isə kiçik olacaq. Sadəcə olaraq bu yerə azacıq təsir edəcək. Beləliklə ayın hərəkəti zamanı, ay tutulması baş verirsə onun heç bir qorxusu yoxdur” – deyə astrofizik Ədalət Ətayi qeyd edib.
Proses baş verən zaman ay və günəş 180 dərəcə bucaq altında dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununlada günəş və ayı eyni anda müşahidə etmək mümkün olacaq. 
Kosmik hadisə Amerika qitəsində oktyabrın 8-i gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.

Mənbə: ANS PRESS

8 oktyabr 2014
GO BACK