Qadin.NET / Hacılar vətənə qayıdır

Hacılar vətənə qayıdır

 

Hacılar vətənə qayıdır

Artıq zəvvarlarımız Həcc ziyarətində bütün vacib əməlləri başa vuraraq vətənə dönməyə hazırlaşırlar. Növbəli şəkildə qayıdacaq olan zəvvarlarımız növbəti bir-iki gün ərzində doğmalarına hədiyyələr almağı da unutmadılar.
ANS TV-nin məlumatına görə, Həcc ziyarətinin 13 vacib əməlini Ərəfat və Müzdəlifə çölündə, daha sonra Mina dağında şeytana daş atmaqla və qurban kəsməklə yerinə yertirən zəvvarlarımız nəhayət ötən gün axşam saatlarında Məkkəyə geri döndülər.
Burda isə onları sonuncu vacib əməl gözləyirdi. Kəbənin ətrafında 7 dəfə dövr etmək və təvav namazını qılmaq.
Namaz bitdi və beləliklə də hələ Bakıdan çıxanda həyəcanla nəyin necə olacağını düşünən zəvvarlarımız bütün vacib əməlləri yerinə yetirmiş oldu.
Zəvvarlarımız hazırda otellərdədir və onlar bir neçə günlük səbr və əziyyət tələb edən mərhələni keçdikdən sonra istirahət mərhələsində yəni istirahət dövründədilər. Sabah axşamdan etibarən isə zəvvarlarımız Mədinəyə doğru yola düşəcəklər.
4 gün ərzində növbəli şəkildə Mədinəyə yola düşəcək zəvvarların 15 oktyabr tarixinədək Bakıya dönüşü nəzərdə tutulub. Hələliksə, onlar istirahətdən yararlanmağa çalışırlar. Kimisi Məkkədə doğmaları üçün hədiyyə alış-verişi edir, kimisi də bir neçə gündür əlaqə saxlaya bilmədiyi ailəsilə danışır və öz hisslərini onlarla bölüşürlər.
Zəvvar Rza İbrahimov: "Çətinlik olmadı, Allaha qurban olum, özü bizə yol açdı".
Zəvvar Ayəddin Həsənov: "Həcc ziyarəti çox gəzəl keçdi, hər şey yaxşıdır".
Çətin və ya asan. Hər halda onlar islamın 13 vacib əməlini yerinə yetirib hacı adı qazandılar. Təki Allah yanında da əməli saleh olub bu adı doğrulda bilsinlər.

Mənbə: ANS PRESS

 

7 oktyabr 2014
GO BACK