Qadin.NET / Yas mərasimləri ilə bağlı daha bir yenilik

Yas mərasimləri ilə bağlı daha bir yenilik

 

Son zamanlar yas mərasimlərində açılan ehsan süfrələrindəki israfçılığın qarşısının alınması üçün görülən tədbirlər cəmiyyət tərəfindən müsbət qarşılanıb. Bu istiqamətdə aparılan işlərdən biri də dəfn üçün məzarların hazırlanması üçün lazım olan məbləğin məlumat lövhəsinə yazılaraq qəbiristanlıqların giriş hissəsində qoyulmasıdır. 
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, cədvəldə dəfn yerinin hazırlanması zamanı lazım olan tikinti materiallarının sayı və miqdarı ilə yanaşı xidməthaqqı da göstərilib. Bu da, öz növbəsində, süni qiymət artımı problemlərini aradan qaldırır. 
Dəfn yerinin hazırlanması üçün tələb olunan məbləğ Nazirlər Kabineti tərəfindən müəyyən edilərək təsdiq edilir. 

Mənbə: Milli.Az

 

7 oktyabr 2014
GO BACK