Qadin.NET / Ürəkdən "getməmək" üçün hər gün bir fincan

Ürəkdən "getməmək" üçün hər gün bir fincan

 

Moruğu bəzən təbii konfet də adlandırırlar. İnsanlar bu giləmeyvəni vəhşi təbiətdə çətinliklə toplayırlar. Bunun üçün xeyli zaman və güc sərf olunur. Bəs bu qədər zəhmət nə üçündür?  

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, moruq ən güclü təbii antioksidantlardandır.  
Moruq toxumu qırmızı, qara, yaşıl, hətta qızılı rənglərə də çala bilər. Hər bir rəng çaları unikal vitamin, mineral maddələr və antioksidant birləşmləri ilə seçilir. Ekspertlərin qiymətləndirmələrinə görə, bir fincan moruqda 64 kalori, 1.5 q zülal, 0.8 q yağ, 15 q mineral, o cümlədən 8 q sellüloza və 5 q şəkər var. Bundan başqa, bir fincan moruğun toxumları gündəlik C vitamini normasının 54%-ni, K vitamininin 12%-ni, E vitamininin 5%-ni, kalium və dəmiri təmin edir. Bundan başqa, gündəlik maqnium, tiamin, riboflavin, niasin, panteton turşusu, B6 vitamini, kalsium, fosfor və sinkin 41%-ni bir fincan moruqdan ala bilərsiniz.  
Moruqda alfa və beta-karotin, lyütein, zeaksantin və xolin antioksidantları da var.  
Tədqiqatçılar moruq qəbul edən insanlarda yaddaşın yaxşılaşması, qocalma ilə əlaqədar koqnitiv imkanların məhdudlaşmasının azalması hallarını müşahidə ediblər.  
"American Journal of Clinical Nutrition" jurnalında bu yaxınlarda dərc olunan məqalədə deyilir ki, moruqda olan flavonoidlər ürək xəstəliklərindən ölüm riskini azaldır. Xüsusilə də antosianin flavonoidi ürək xəstəliklərinə aparan iltihab proseslərini ləngidir. Moruqdakı yüksək miqdardakı polifenollar qanda trombositlərin yığılmasının və iltihabın əleyhinə təsiri sayəsində isə arterial təzyiqin qarşısını alır. 
Mənbə: Milli.Az

 

7 oktyabr 2014
GO BACK