Qadin.NET / Kəbədə selfi çılğınlığı

Kəbədə selfi çılğınlığı

 

Kəbədə selfi çılğınlığı
Son günlər zəvvarların müqəddəs Kəbədə selfi çəkdirərək sosial şəbəkədə paylaşmasının dəb halına gəlməsi İslam alimlərini özündən çıxarıb. ANS PRESS-in dini mənbələrə istinadən verdiyi məlumata görə, din alimləri bunun doğru hərəkət olmadığı qənaətindədir. Alimlər hesab edir ki, bu hərəkət İslam dinindəki təvazökarlıq anlayışına ziddir. Həmçinin dində ibadətin nümayişi bəyənilməyən əməllərdəndir. Bundan başqa alimlər bu hərəkətin, gələcəkdə Həc ibadətində mənfi reformlara səbəb olacağına dair xəbərdarlıq edib. Xatırladaq ki, əvvəlki illərdə yasaq olsa da son bir neçə ildir zəvvarların müqəddəs yerlərdə kamera və mobil telefondan istifadəsinə izn verilib. 

 

Mənbə: ANS PRESS

7 oktyabr 2014
GO BACK