Qadin.NET / Azərbaycanın ümid yeri

Azərbaycanın ümid yeri

 

Azərbaycanın ümid yeri

Azərbaycanın yeganə etibarlı müttəfiqi Türkiyədir. İki qardaş ölkə təkcə təlimlərlə kifayətlənməməli, əməkdaşlığı daha da genişləndirməlidir. Ola bilər ki, gələcəkdə iki ölkənin hərbi sahədə əməkdaşlığına Gürcüstan da qoşulsun. 
ANS PRESS-in məkumatına görə, bunu politoloq Zəfər Quliyev Türkiyə-Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimlərinin uğurla başa çatması ilə bağlı suala cavabında deyib. 
O bildirib ki, Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi ilə bağlı imzalanmış sazişlər birgə təlimlərə imkan yaradır. Dağlıq Qarabağ problemi ilə yanaşı, ölkəmizi təhdid edən digər amillər də var: "Şübhə etmirəm ki, işğal altındakı torpaqlarımızın azad olunmasında Türkiyə amili əsas rol oynayacaq. Ərazilərimizin işğaldan azad olunması məsələsi hər an gündəmə gələ bilər. Çünki dünyada çox dinamik proseslər gedir. Eyni zamanda Rusiyanın özündən də bizə qarşı təhlükələr yarana bilər. Bu çərçivədə baxanda Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı sürətlə inkişaf etdirməlidir. Rəsmi Bakı bu məsələlərdə Ankaraya güvənə bilər."
Xatırladaq ki, bu il sentyabrın 12-dən oktyabrın 3-dək Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirilib. İki mərhələdə baş tutan təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edib.

Mənbə:ANS PRESS

 

6 oktyabr 2014
GO BACK