Sağlamlığını qorumaq istəyən insanlar bayram günləri mütləq şəkildə qidalanmalarına diqqət etməlidirlər. Həkimlər xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən, yüksək təzyiqdən şikayətlənən insanları diqqətli olmağa çağırırlar. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bununla yanaşı ağır yeməklər həzm problemi yaşayan insanların da səhhətində problem yarada bilər.
Tükəzban Məmmədova, terapevt: "Qurbanlıq gözəl bayramdır. Lakin bəzi xəstəliklər üçün ziyanverici ola bilər. Havanın dəyişməsi ilə əlaqədar olaraq hipertoniya, ürək-damar xəstəlikləri, sinekardiya, infarkt xəstəliyi baş qaldırmağa başlayıb. Mən məsləhət görərdim qurban ətini yeyərkən həzmi yüngülləşdirən bitkilərdən xiyar, nanə, tərxundan istifadə etsinlər".
Mənbə:Milli.Az