Bu gecə Naxçıvan Muxtar Respublikasının şərq rayonlarında zəlzələ hiss edilib.
ANS PRESS-in məlumatına görə, zəlzələnin gücü kiçik olduğuna görə, heç bir dağıntı və tələfata səbəb olmayıb.
Zəlzələnin episentri Ermənistanın Qafan rayonunda yerləşən Qacaran şəhərindən 10 kilometr şimala düşüb. Zəlzələ mərkəzində təkanların gücü 2-3 bal təşkil edib.
Zəlzələ mərkəzi yer səthindən 10 kilometr aşağıda olub.
Mənbə:ANS PRES