Məlum olduğu kimi, dünyada müalicəsi ən çətin olan xəstəliklərdən biri də beyin xərçəngidir. Digər xərçənglərə tətbiq edilən müalicə üsullarını beyin xərçəngində tətbiq etmək mümkün deyil. Orqanizmin həmin hissəsindəki şiş sadəcə əlçatmazdır.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, israilli həkimlər beyin xərçənginin müalicəsində inqilabi yeniliyə nail olublar. Onların hazırladıqları Novalis adlı aparat beyindəki bəd xassəli şişlərin müalicəsində istifadə edilir.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, israilli həkimlər beyin xərçənginin müalicəsində inqilabi yeniliyə nail olublar. Onların hazırladıqları Novalis adlı aparat beyindəki bəd xassəli şişlərin müalicəsində istifadə edilir.
Bu aparatdan istifadə edərək şişin beynin hansı tərəfində yerləşməsindən asılı olmayaraq, ona təsir göstərmək olur. Qurğu sağlam hüceyrələri zədələmir və pasiyentin ambulator müalicəsini tələb etmir. Aparatda xüsusi yer var ki, pasiyent oraya yerləşdirilir. İstiqamətləndirilmiş şüalar şiş hüceyrələrinə təsir göstərir.
Müalicə prosesində həkim beyindəki şişin infraqırmızı şəklini çəkir. Həmin rəsm sayəsində həkim müalicə prosesini izləyə və korrektə edə bilir. Burada şüa müalicəsi zamanı ənənəvi olaraq istifadə edilər metallik plastinaya ehtiyac qalmır.
Hazırda Novalis aparatının istifadəsi davam etdirilir. Həkimlər artıq statistika formalaşdırmağa da imkan tapıblar. Onların sözlərinə görə, yeni aparatdan istifadə edilməklə onkoloji xəstəliyin müalicəsində əhəmiyyətli irəliləyiş olub.
Beyin xərçənginin müalicəsi ilə yanaşı, aparatdan ağciyər və qaraciyərin terapiyası üçün də istifadə edilə bilər.
Mənbə:Milli.Az