Milli.Az EL TV-yə istinadən bildirir ki, Tərtər rayonunda keçirilən tədbirdə çıxış edənlər Qurban bayramının ənənələindən danışıblar. Bu müqəddəs günün dünya müsəlmanlarının birlik və paylaşma bayramı olduğunu bildiriblər. Sonra qurban duası oxunub. Bayram münasibəti ilə ümumilikdə 180-dən çox xirdabuynuzlu heyvan qurban kəsilib.
Qurban əti əsasən müharibə əlilləri və şəhid ailələrinə, eləcə də bölgədə məskunlaşan məcburi köçkünlərə paylanıb. Bildirilib ki, bayram tədbirləri sabah qoşunların təmas xəttinə yaxın yaşayış məntələrində davam etdiriləcək.
Ümumilikdə 6 min 500 ailəyə qurban əti paylanacaq.
Mənbə:Milli.Az