Qadin.NET / Kraliça yüksək maaşla "saqqızçı" axtarır

Kraliça yüksək maaşla "saqqızçı" axtarır

 

Kraliça yüksək maaşla "saqqızçı" axtarır

İngiltərə kraliçası II Yelizaveta kralıq sarayında saqqız ləkələrini təmizləmək üçün təcrübəli xadimə axtarır. 
ANS PRESS-in məlumatına görə, bu barədə sarayın rəsmi internet saytında xəbər yayılıb. 
Bildirilib ki, bu işdə çalışacaq xadiməyə ildə 16 000 funt-sterlinq (20 200 manat) maaş verilməsi nəzərdə tutulub. 
Xadimənin öhdəlikləri, başda Bukingem sarayı olmaqla krallığa aid bütün mənzillərdə saqqız ləkələrini təmizləmək, pilləkənləri silmək, kraliçanın yatağını yığışdırmaq və istifadə etdiyi qabları, stəkanları yumaqdan ibarətdir. 
Məlumata görə, hər il krallıq sarayını 100 minlərlə insan ziyarət edir və kraliçanın hüzuruna girənlər ağızlarında olan saqqızı hara gəldi yapışdırırlar. 

Mənbə:ANS PRESS

 

5 oktyabr 2014
GO BACK