Dünyanın müxtəlif ölkəsini təmsil edən bir qrup alim 20-ci əsrin ən dəhşətli xəstəliyi QİÇS-in insanlara keçməsinin tarixçəsini müəyyən edhib.
ANS PRESS-in məlumatına görə, “Science” jurnalında dərc olunmuş elmi məqaləyə görə, dünyada QİÇS-ə tutulan ilk insan Konqonun Kinşasa şəhərində yaşayıb. Onun virusa yoluxma tarixi kimi 1920-ci il kimi göstərilir.
Məqalədə bildirilir ki, bütün dünyada aşkar edilmiş virusların genetik analizi göstərir ki, xəstəlik bütün dünyaya məhz Kinşasadan yayılıb. Alimlər ilk adamın məhz vəhşi heyvanların ətindən yoluxduğunu düşünürlər.
Hazırda dünya üzrə 75 milyon adam QİÇS-ə yoluxub.
Mənbə:ANS PRESS