Qurban bayramının 3 fərqli gündə keçirilməsinin səbəbləri məlum deyil
Hər il olduğu kimi bu il də İslam dünyası qarşıdan gələn Qurban bayramını fərqli vaxtlarda qarşılayacaq. ANS PRESS-in məlumatına görə, hər il dal-qabaq olmaqla 2 gündə qeyd edilən bayram bu il 3 fərqli günə təsadüf edir. Belə ki, bəzi ölkələr Qurban bayramını 4, bəziləri 5, bəziləri isə 6 oktyabrda qarşılayacaq və bayram namazı qılacaqlar.
Bildirilir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, iraqlı sünnilər, livanlı sünnilər, Fələstin, Suriya, İordaniya, Misir, Əmman, Yəmən, Somali, Bəhreyn, Küveyt, Qətər, BƏƏ, Sudan, Cənubi Sudan, Tunis, Əlcəzair, Liviya, Nigeriya, Qana, Uqanda, Avstriya, İtaliya, Belçika, İsveçrə, Kanar adaları, Fransa, Danimarka, Rusiya, İngiltərə, Cənubi Koreya, Kanada, ABŞ, Latın Amerikası ölkələri və Karibdə Qurban bayramı bu gün (4 oktyabr) qeyd olunacaq.
İran, iraqlı şiələr, livanlı şiələr, Mərakeş, Mavritaniya, Cənubi Afrika, Keniya, Zambiya, Yaponiya, Malazaiya, İndoneziya və Yeni Zellandiyada yaşayan müsəlmanlar Qrban bayramını oktyabrın 5-də qeyd edəcəklər.
Pakistanda və Hindistanda isə Qurban bayramı oktyabrın 6-da keçiriləcək.
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda 4 və 5 oktyabr tarixlərini Qurban bayramı günü elan etsə də bayram namazı ölkənin bütün məscidlərində ayın 5-i qılınacaq.
Hicri təqvimə görə, bir ay 29 və ya 30 gündür. Əgər ayın 29-cu günü səmada təzə ay görünməsə həmin təqvim ayı 30 günə tamamlanır və ertəsi gün növbəti ay başlayır. Bu Qurban bayramının 3 fərqli gündə keçirilməsinin səbəbləri barədə isə məlumat verilməyib.
Mənbə:ANS PRESS