Qadin.NET / Bayramqabağı bazarlarda qiymət

Bayramqabağı bazarlarda qiymət

 

Bayramqabağı bazarlarda qiymət

Bazarda artıq indidən canlanma hiss olunur.

 

Qurban bayramı münasibəti ilə bazarlarda canlanma müşahidə olunur.
Baş çəkdiyimiz bazar hər zaman alıcı çoxluğu ilə fərqlənən Yaşıl bazar oldu. Bazarda artıq indidən canlanma hiss olunurdu. Necə deyərlər, alan kim, satan kim. Bayram süfrəsinə lazım olan təamlar müxtəlif qiymət aralığında dəyişir. Satıcılar sabahkı Qurban bayramı süfrəsinə lazım olan aşın düyüsünün bir kilosunun 1 manat 80 qəpikdən tutmuş 3 manatadək satıldığını deyir. Dediklərinə görə alıcı tələbatı da zəif deyil.
Aşın qarası üçün gərəkli olan ərzaqların qiymətində də fərqlilik nəzərə çarpır. Demək olar ki, hər qiymətə şabalıd, qaysı, kişmiş almaq mümkündür.
Bazardakı piştaxtalarda satılan ətlərin alıcıları isə artıq qapıda idi. Satdığı qoyun və mal ətini Beyləqandan gətirdiyini deyən satıcı, hətta Qurban bayramı münasibəti ilə sifarişlərin bir neçə gün bundan əvvəl verildiyini, ümumilikdə isə ət bazarına tələbatın yüksək olduğunu bildirdi.
Düzdür hər bayramda olduğu kimi bu bayram qabağı da bazarlarda qiymətlərdə artım müşahidə olunur. Elə bazarlığını buradan edən alıcılar da ötən illə müqayisədə qiymətlərdə 2-3 manat artım olduğunu deyir. Bu qiymətlərdən razı olanlar da var, narazı olub, bayram süfrəsi üçün məcbur bazarlıq edənlər də.
 Düzdür bazardakı qiymətlər xüsusi qaydalarla tənzimlənmir. Amma bütün bunlara baxmayaraq Kənd Təsərrüfatı Nazirliyi xüsusilə bayram günlərində bazarlardakı qiymətlərə nəzarət edəcək.
Mənbə:ANS TV

4 oktyabr 2014
GO BACK