Qadin.NET / Şəkidə yenə zəlzələ oldu

Şəkidə yenə zəlzələ oldu

Şəkidə yenə zəlzələ oldu

Dünəndən bəri rayonda bir-birinin ardınca 4 zəlzələ baş veribŞəkidə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yerli vaxtla saat 05.25-də Şəkidən 6 km Şimal-şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Dərinliyi 9 km olan zəlzələ 3 bala qədər hiss olunub. Xatırladaq ki, ötən gün saat 17.38, 19.41 və 19.45 olmaqla Şəkidə daha 3 zəlzələ olub.  Yerli sakinlər arasında təşvişə səbəb olan zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
Mənbə:ANS PRESS

4 oktyabr 2014
GO BACK