Qadin.NET / Quranın insan orqanizminə təsiri nədir?

Quranın insan orqanizminə təsiri nədir?

 

1984-cü ildə, Amerika Birləşmiş Ştatlarının Florida əyalətindəki Akbar klinikasında başlanan bir tədqiqatda "Qurani-Kərimin insan orqanizminə olan təsirləri" tədqiq edilmiş və gərginlikləri azaldıb insanı rahat edən təsirə malik olması qəti şəkildə ortaya qoyulmuşdu.Bu təcrübədən keçirilənlər yalnız müsəlmanlar və ərəb dilini bilənlər deyil, onların əksər hissəsini müsəlman olmayanlar təşkil edirdi.Milli.Az Din.Az-a istinadən bildirir ki, bu tədqiqatda Quran ayələrilə heç bir əlaqəsi olmayan cümlələr, eynilə Quran ayələri kimi təcvidlə oxunacaq və onun ərəb dilində bilənlərlə bilməyənlərə olan təsiri tədqiq ediləcəkdi. Həmin insanlar daha sonra Quran ayələrilə üz-üzə qalacaqdı. Aparılan təcrübədə müsəlman olmayan və ərəb dilini bilməyən insanlar, həm Quran ayələrini, həm də bunlara bəzər mətnləri dinlədilər.

 

Mətnlərin oxunuşu arasında bir dincəlmə fasiləsi verildi və bu mərhələdə təcrübədən keçirilən insanların orqanizmlərindəki əzələ yığılmaları və elektrik potensialları xüsusi monitorlarda (ekranda) müşahidə edildi. 210 nəfər üzərində diqqətlə keçirilən təcrübələrin nəticəsi böyük marağa səbəb oldu. Çünki Quran ayələrindən olmayan, lakin Quran ifadələrinə bənzədilən və eynilə bu cür təcvidlə oxunan mətnlər, sınaqdan keçirilən insanların 35 faizinə gərginliyi azaldıcı təsir göstərdiyi halda, Quran ayələrinin oxunması nəticəsində bu göstərici 65 faizə çatır və Quranın insan ruhunu rahatedici təsrini mübahisəsiz olaraq ortaya qoyur. Beləliklə Quranın birbaşa ayələrlə bildirilən şəfaverici xüsusiyyəti, ən inkişaf etmiş tibbi cihazlar vasitəsilə müəyyən edilirdi.
Tədqiqatın nəticələri və tədqiqat əsnasında istifadə edilən cihazlar, bütün təfsilatları ilə İstanbulda təşkil olunan III Beynəlxalq İslam Tibb Konfransına təqdim edildiyi zaman yüksək şəkildə dəyələndirildi.
ÇOX MARAQLIDIR
Quran ayələrinin gərginliyi azaldıcı təsiri Akbar Klinikasından başqa bütün nüfuzlu tibb ocaqlarında "diqqətə layiq bir xüsusiyyət" kimi xarakterizə edildi. Lakin bunların ən maraqlısı, Qurani-Kərimin cənnəti və mükafatı vəd edən ayələrinin, cəza vəd edən ayələrdən daha çox rahatlıqverici təsir göstərməsi idi. Burada daha bir maraqlı xüsusiyyət, həmin təsirin ərəb dilində bir söz belə bilməyənlər və müsəlman olmayanlar üzərində müəyyən edilməsidir.
Elm adamları həmin tədqiqatdan sonra aşağıdakı suallara cavab axtarırlır: Açıq bilinən, lakin mahiyyəti hələ bilinməyən bu təsir, görəsən insan orqanizminə fizioloji şəkildə göstərilir, yoxsa bu təsir ruha və şüuraltınadır?
Qurani-Kərim özünü dərk edərək dinləyənlərə sirli məna və məalları ilə təsir göstərə bilər. Lakin nə üçün ərəb dilini bilməyənlərdə olan gərginlik azalır? Xüsusən də mərkəzi və periferik sinir sistemlərində olan bu rahatlığa səbəb olan amil nədir? Qurani-Kərimin digər orqanlara olan təsiri hansı ölçülərdə olur və Quranın şəfaverici xüsusiyyətləri daha çox hansı xəstəliklərdə faydalı ola bilər?
Dr.ƏВЏhməd əl-Qadinin fikrinə görə, əldə olunan nəticələr, aysberqin yalnız görünən tərəfi qədərdir. Qurani-Kərim gərginliklərə səbəb olan hər bir xəstəliyin müalicəsi üçün faydalı ola bilər. Hətta bu təsirin orqanizmin immunitet sistemində də müsbət rol oynadığını demək mümkündür.
Yenə də Dr.ƏВЏhməd əl-Qadinin bildirdiyinə görə, bu tədqiqatlar hələ başlanğıc mərhələsindədir. Bu bütün kainatın bəşəriyyətə rəhmət olaraq göndərilən Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Quranın dövrümüzə baxan təzahürüdür.
Mənbə: ANS PRESS
4 oktyabr 2014
GO BACK