Qadin.NET / Həsən Həsənov dəfn olunur

Həsən Həsənov dəfn olunur

 

Həsən Həsənov dəfn olunur

İyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürdüyü Həsən Həsənovun nəşi bu gün məhkəmə-tibbi ekspertizasında araşdırılıb.
ANS TV-nin məlumatına görə, ailə üzvlərinin iştirakı ilə keçirilən müayinə meyitin Həsən Həsənova aid olduğu sübut olunub. Yaxınlarının dediyinə görə, mərhum sağlığında burun əməliyyatı keçiribmiş və iki dişi keramika olub. Ekspertlər bu faktları meyit üzərində aşkarlayıblar. Amma meyitdən götürülən digər analizlərin nəticəsi isə bir müddət sonra bəlli olacaq. Mərhum sabah dəfn olunacaq.
Mərhum Həsən Həsənovun meyiti uzun danışıqlardan sonra Azərbaycana dünən təhvil verilib. Həsən Həsənov bunadək Dağlıq Qarabağda dəfn edilmişdi. Həsən Həsənov ölüdürülərkən onun yanında Dilqəm Əsgərov və Şahbaz Quliyev daha iki azərbaycanlı olmuşdu. Onlar hələ də girovluqdadırlar. Ata-babalarının qəbirlərinin ziyarət üçün doğma torpaqlarına gedən vətəndaşlarımızı ermənilər indi dünyaya diversant kimi təqdim etməyə çalışırlar. Azərbaycan hökuməti də Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün mübarizə aparır.

 

Mənbə: ANS PRESS

3 oktyabr 2014
GO BACK