Qadin.NET / Qurban əti bahalaşdı

Qurban əti bahalaşdı

 

Qurban əti bahalaşdı

Yarmarkalarda 90-95 manata heyvan satılacağı deyilsə də...Bakıda Qurban bayramı ilə əlaqədar müxtəlif yerlərdə dir heyvanların satışı təşkil olunub. 

ANS PRESS əməkdaşı həmin ərazilərdən bir neçəsində olub. Müşahidələrimiz zamanı qoyun-quzuların satış qiymətində artım olduğu müəyyən etdik.Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığında diri heyvanların qiyməti kiloqramı 5-6 manat idi. Ətin kiloqramı isə 10-11 manata satılırdı. Bura Ağdaş, Salyan, Masallı, Beyləqan, Zaqatala və Gürcüstandan heyvanlar gətirilib.Satıcılarla söhbət zamanı öyrəndik ki, əslində qoyun ətinin qiymətində heç birr artım, yaxud azalma müşahidə olunmayıb. Alıcılar isə yaman narazı görünürdülər.“Yalandan deyirlər ki, 90-95 manata qoyunlar satılır. Burada ən ucuz qoyun 180-200 manatadır”, - deyə Nəsibə Əliyeva adlı alıcı şikayətində bildirib.
Daha sonra Binə Ticarət Mərkəzinin 15-ci sırası ilə üzbəüz təşkil olunan yarmarkaya baş çəkdik. Burada qoyun ətinin bir kiloqramı 4 manata idi. Yarmarkaya heyvanlar əsasən Ağcabədi, Zaqatala, Beyləqan, Bərdədən gətirlib. Dİgər satış nöqtələrindən fərqli olaraq, burada alıcılarla satıcılar dil tapa bilirdilər.
Burada 15 kiloqramdan olan qoyunlar 110, 45 kiloqram ağırlığında olan heyvanlar isə 200 manata satılırdı. Alıcılar söv verildiyi kimi 95 manat heyvan ala bilməsələr də, öz büdcələrinə uyğun qurbanlıqlar tapa bilirdilər.
Qurbanlıqlar buradakı kəsim məntəqələrində kəsilərək təmizlənirdi. Heyvanlar xüsusi ağ paltar geyinmiş şəxslər tərəfindən kəsilirdi. Alıcılar isə bu xidmətdən razı görünürdülər.
Qeyd edək ki, Bakıda məşhur olan “Təzə bazar”da qiymətlər stabildir. Burada qoyun ətinin kiloqramı 9-10, mal ətinin qiyməti isə 6,50-7 manatadır. Sümüksüz mal əti isə 10 manata satılır.“Ət pavilyonu” adlanan satış mərkəzində də demək olar ki, qiymətlər eynidir. Burada da mal ətinin qiyməti 8, quzu (qoyun) ətinin qiyməti 10 manatadır. Sümüksüz mal ətinin kiloqramı 10 manata satılır.

Mənbə: ANS PRESS

3 oktyabr 2014
GO BACK