Qadin.NET / Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

 

Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla 14:45-də, Qazaxdan 28km Şimal-Şərqdə, Ağstafada qeydə alınıb.
8 km dərinlikdə baş verən təkanların maqnitudası 4,1 bal gücündə olub. 
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli son zamanlar baş verən ardıcıl zəlzələlərin Hacıqabulda baş verən güclü zəlzələ ilə əlaqəli olduğunu düşünür: 
“Fevral ayında Hacıqabulda baş verən zəlzələdən sonra bütün respublika yeraltı təkanları hiss etdi. Bu cür güclü zəlzələrin nəticəsində bloklarda qırılmalar boyu oynama müşahidə olunur. Hardaki gərginlik var, zəlzələ ocağı var istər-istəməz ora aktivləşir. Ancaq buna baxmayaraq respublika ərazisində seysmiklik fon səviyyəsindədir. Zəlzələ ocağlarında bloklar arasında olan gərginlik oynamalara səbəb olur. Qəbələ və Lerikdə baş verən təkanlar, avterşoklar Hacıqabuldakı 5,7 ballıq ocaqla əlaqəlidir. Çünki təkanlar bir qırılma boyu baş verir və ocağa yaxın zonalarda sesmik aktivlik müşahidə olunur".

Mənbə: ANS PRESS

3 oktyabr 2014
GO BACK