Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.Məlumata görə, oktyabrın 4-dən 7-nə kimi Azərbaycan ərazisində əsasən buludlu hava şəraitinin və yağmurlu olacağı proqnozlaşdırılır.Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Sabah Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 17-22 dərəcə isti olacaq.Azərbaycanın bəzi bölgələrində oktyabrın 4-də yağış yağacaq, əsasən Lənkəran-Astara zonasında intensivləşəcək. Qərb küləyi əsəcək.Aran rayonlarında oktyabrın 4-də havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.
Mənbə: Milli.Az