Qafqazinfo xəbər verir ki, Nazim Hacıyev küçəsindəki binanın tikintisinə cəlb olunan ağır tonnajlı yük maşınları yolu tamamilə sıradan çıxarıb. Hər gün yüzlərlə avtomobilin keçdiyi bu yolda yaranan iri çalalara su dolur və hərəkət çətinləşir. Nə binanı tikən şirkət, nə də aidiyyatlı qurumlar problemin aradan qaldırılmasında maraqlı görünür. Həmin ərazidən çəkilən fotoları təqdim edirik.Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyətindən “Qafqazinfo”ya açıqlama verilib. İH-dən bildirilib ki, qeyd olunan problem barədə xəbədardırlar: “Lakin bu problemin yaranması səbəbsiz deyil. Çünki hazırda həmin ərazi "Azərsu" tərəfindən də qazılıb və yeni kollektor çəkilir. Fotolardan da görünür ki, ərazidə tikinti işi aparılır. Bunlaın hamısı kompleks işlərdir və yaxın 1 həftə ərzində həmin ərazi əvvəlki vəziyyətinə qaytarılacaq”.
Mənbə: Milli.Az