Qadin.NET / Amerikadan Türkiyəyə dəstək

Amerikadan Türkiyəyə dəstək

 

"Amerika hökuməti Türkiyənin İŞİD-ə qarşı mübarizə qoşulmasını alqışlayır. Türkiyə terrorizmə qarşı mübarizədə vacib tərəfdaş və vacib NATO müttəfiqidir".ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Türkiyə Böyük Millət Məclisinin İŞİD-ə müdaxiləyə dair qanun layihəsini təsdiqləməsinə münasibətində deyib. Psaki Türkiyənin bu məsələyə həssas yanaşdığını və bunun başa düşülən olduğunu bildirib.“Türk diplomatların bir müddət əvvəl girov düşməsi ilə əlaqədar Türkiyə hökumətinin nümayiş etdirdiyi həssaslığı anlayırıq. Bu gün isə onlar artıq anti-İŞİD əməliyyatlarında fəal tərəfdaş olmağa qərar verdilər”, - deyə Psaki qeyd edib.Türkiyə parlamentinin qəbul etdiyi qanuna əsasən, silahlı qüvvələr İŞİD-lə mübarizədə Suriya və İraq sərhədlərinə müdaxilə edə biləcəklər.
Mənbə: Milli.Az

3 oktyabr 2014
GO BACK