Qadin.NET / "Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması ən vacib amillərdən biridir"

"Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzunun artırılması ən vacib amillərdən biridir"

 

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrikində deyib.Nazir qeyd edib ki, müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.M.Cabbarovun sözlərinə görə, dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub: "Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir".Onun sözlərinə görə, bu günlərdə, həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına qəbul imtahanlarında 500 və daha artıq bal toplayan 300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb: "Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik".
Mənbə: Milli.Az

3 oktyabr 2014
GO BACK