Qadin.NET / Millimizdə ciddi itki

Millimizdə ciddi itki

 

Millimiz "Avro-2016"nın seçmə mərhələsində İtaliya və Xorvatiya yığmaları ilə matça ciddi itki ilə çıxacaq Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin futbolçusu Ruslan Abışov zədəli olduğu üçün Azərbaycan milli komandasının bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək. Bu isə o deməkdir ki, R.Abışov İtaliya və Xorvatiya ilə matçları buraxmalı olacaq.Xatırladaq ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq.

Mənbə: Milli.Az

3 oktyabr 2014
GO BACK