Qadin.NET / Ermənilər dinc azərbaycanlını atəşə tutdular

Ermənilər dinc azərbaycanlını atəşə tutdular

 

Milli.Az EL Tv-yə istinadən bildirir ki, Tərtərin Qapanlı kəndi ərazisində rayon Suvarma Sistemləri İdarəsinə məxsus ekskavator ermənilər tərəfindən atəşə tutulub. 

Hadisə kəndin təsərrüfat sahələrinə çəkilən su arxlarının təmizlənməsi zamanı baş verib. Güllələr əsasən texnikanın kabina hissəsinə dəyib. Traktotun sürücüsü Ruslan Rüstəmov xəsarət almayıb. Texnikaya ciddi ziyan dəyib. Hadisə yerinə kənd sakinləri və Tərtər Suvarma Sistemləri İdarəsinin rəhbərliyi gəlib. Texnika ərazidən çıxarılıb.

Mənbə: Milli.Az

 

3 oktyabr 2014
GO BACK