Bakıda səhər-səhər işə gedənlərin yolunu bağlayırlar
Artıq bir neçə gündür paytaxtın mərkəzində yol polisi səhərlər öz işlərinin dalınca gedən sürücülərin yolunu kəsir.
Nəqliyyatın axınının sıx olduğu bir vaxtda Mikayıl Müşviq küçəsi ilə Şəhidlər xiyabanına doğru olan və İzzət Nəbiyev küçəsindən Milli Məclis istiqamətində olan yolda hərəkət məhdudlaşdırılıb. Nərimanov küçəsi və Nərimanov heykəlinin yanından Teleteatr istiqamətində olan yol da bağlanıb.
Milli.Az-ın məlum hadisəni müşahidə edən müxbiri yol polisindən yolun bağlanmasının səbəbini soruşub.
O, isə yolun bağlanma səbəbini bilmədiyini bildirib.
"Bizə deyiblər, bağla, biz də bağlamışıq", - deyə YPX əməkdaşı əlavə edib.
Teymur Hacıyev.
Mənbə: Milli.Az