Qadin.NET / Bakıda alverin yeni yolu: uşaqların səhhəti hədəfdə

Bakıda alverin yeni yolu: uşaqların səhhəti hədəfdə

 

Uşaqlara yeməyin ən yaxşısını verməyə çalışırıq, amma o yemək uşağın sağlamlığını "yeməməlidir". Kolbasa-sosis məmulatları uşaqlar üçün arzuolunmaz qidadır, tərkibində bəzi kimyəvi qatqılar olanda isə bu, daha təhlükəlidir.

“Dünən marketdən "Sevimlı Dad" firmasının "Detskiye" sosiskalarını aldım. Paketin üzərində sosislərin tərkibində mal əti ilə yanaşı donuz ətinin də olduğu qeyd olunur. Məgər Azərbaycanda donuz əti yeyənlərin sayı çoxdur, yoxsa müsəlman ölkəsində xüsusi ilə də uşaqlar üçün sosislərə donuz əti qatmaq vacibdir?” Bu fikirləri Milli.Az-a oxuculardan biri yazıb və bu haqda araşdırma aparılmasını xahiş edib.
Respublikanın baş pediatrı Nəsib Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, dünyada “uşaq sosiskası” adlı termin yoxdur. Baş pediatrın sözlərinə görə, sosilka, kolbasa məhsullarını uşağa vermək olmaz, erkən yaşlarında isə ümumiyyətlə, qadağandır: “Uşaqlara təzə qida məhsulları vermək lazımdır. O hansı qidadır ki, ona uşaq sosiskası deyirlər? Kimsə alver edir, pul qazanmaq üçün reklam edir, özü bilər, amma uşaqlara təzə məhsul verilməlidir”. 
“Sevimli Dad” şirkətinin laboratoriya müdiri, keyfiyyət və idarəetmə üzrə rəhbərAzadə Rzayeva Milli.Az-a “detitskie sosika”larında donuz əti olmasını normal olduğunu dedi: “Bizim məhsullar dövlət standartı ilə hazırlanır. Ona görə də uşaq sosiskalarının tərkibində donuz əti olmalıdır, bu da normadan kənar deyil”. Şirkət rəsmisi qeyd etdi ki, yaxın günlərdə uşaqlar üçün halal sosiskaları hazırlanacaq: “Yaxınlarda uşaqlar üçün də halal sosiskaları hazırlayacağıq. Həmin sosislərin tərkibində donuz əti olmayacaq. Donuz əti olmayan sosikalar ailələrin tələbatından yaranır. Elə ailələr var ki, qazanlarında donuz əti qaynatmır”.
Baş pediatr isə xəbərdarlıq etdi ki, kolbasa və kolbasa məhsulları, sosiskalar, sardekalar uşaqlarda palmanelloz xəstəliyi, qida toksiki infeksiyaları yarada bilər: “Kolbasa, sosiska insan üçün riskli qidadır. Riskli qidaları isə uşaqlara vermək olmaz”. 

Anar Məmmədov.
Mənbə: Milli.Az

 

3 oktyabr 2014
GO BACK