Qadin.NET / Məktəbdə müəlliməyə pul, ya hədiyyə vermək olarmı?

Məktəbdə müəlliməyə pul, ya hədiyyə vermək olarmı?

 

Məktəbdə müəlliməyə ad günü üçün və ya müəllimlər günü münasibətilə pul, ya hədiyyə vermək olarmı? Bu rüşvət sayılır, ya yox? 
Milli.Az islam.az-a istinadən bildirir ki, əgər bunlar müəllimə hörmət məqsədi ilə və zəhmətini dəyərləndirmək üçün verilirsə, eybi yoxdur. Amma rüşvət qəsdi ilə verilməsi icazəli deyil. 
Yəni bu pulu və hədiyyəni verərkən, şərt qoyulsa və ya işarə edilsə ki, əvəzində müəllim uşağa layiq olduğundan artıq qiymət versin və ya onun hər hansı nöqsanına göz yumsun – bu halda həmin pul rüşvət sayılar. Başqa hər bir işdə olduğu kimi, burada da niyyət əsasdır.
Mənbə: Milli.Az

 

3 oktyabr 2014
GO BACK