Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Oktyabrın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında qısamüddətli az yağış yağacağı ehtimalı var. 
Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Şimal-qərb küləyi 10-15 m/s, ayın 2-dən 3-nə keçən gecə arabir 18-20 m/s, günün ikinci yarısında isə şimal-şərq küləyi 7-12 m/s olacaq.
Temperatur gecə 13-15° isti, gündüz 15-19°, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 7-12° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında,əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 9-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
 bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Şimal-şərq küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

Mənbə: Milli.Az

 

3 oktyabr 2014
GO BACK