Qadin.NET / Dəlilər ölkəsi Ermənistan

Dəlilər ölkəsi Ermənistan

 

Dəlilər ölkəsi Ermənistan

Ermənistanda psixi xəstələrin sayı getdikcə artır. Yəqin məhz buna görə respublikada psixi sağlamlıq aylığı keçirilir. 
Bu barədə jurnalistlərə Ermənistan Psixatriya Assosiasiyasının sədri Armen Soqoyan bildirib. O, tədbir çərçivəsində bu ölkədə keçiriləcək tədbirlər haqqında müfəssəl məlumat verib.
Ekspertlər hesab edir ki, psixi xəstəliklərin artması həkimləri bu aylığı keçirməyə yönəldib. İşsizlik, qiymətlərin artması, miqrasiya, ailələrin dağılması - məhz bu amillər xəstələrin sayının artmasına səbəb olur. Buna görə də, xəstələrin müalicəsi ilə yanaşı, özünü psixi xəstə kimi aparan iqtisadiyyatı da zəncirləmək lazımdır.
Ermənistan Səhiyyə Nazirliyinin baş psixiatrı Samvel Torosyan bildirib ki, hazırda təkcə rəsmi qeydiyyatdan keçmiş psixi xəstələrin sayı 46 mindən çoxdur. Ən geniş yayılmış xəstəlik isə şizofreniyadır. 
Samvel Torosyan hesab edir ki, insanın psixi durumu məhz onun sosial vəziyyətindən asılıdır. O, qeyd edib ki, bu nəticəyə hələ 2 il qabaq Norveç alimləri gəliblər. 
Görəsən, bu tibbi aylıq ölkədə psixi xəstəliklərin artımını dayandıra bilərmi? Çətin ki... 
Burda yalnız həkimlərin yardımı ilə iş düzələn deyil. Hakimiyyətdə oturanlar da öz sözlərini deməlidirlər. Amma onlar da bu gün yalnız bir iş uğrunda - hakimiyyət müddətlərinin nə cürsə uzadılması uğrunda mübarizə aparırlar. Düşünürlər ki, Ermənistanın psixləri ilə sonra bir təhər məşğul olarlar.

Mənbə: ANS PRESS

 

3 oktyabr 2014
GO BACK