Qadin.NET / "Alo, qurbanım qaçdı" xidməti

"Alo, qurbanım qaçdı" xidməti

 

"Alo, qurbanım qaçdı" xidməti

Türkiyədə Qurban bayramı ilə əlaqədar vətəndaşlara maraqlı bir xidmət göstəriləcək.
ANS PRESS-in məlumatına görə, Melikqazi Bələdiyyəsi tərəfindən təşkil olunacaq xidmətə əsasən, "Alo, qurbanım qaçdı" xidməti xətti fəaliyyət göstərəcək. 
Qurbanlıqları qaçan şəxslər üçün köməklik ediləcək və heyvanın tutulması üçün axtarış tədbirləri görüləcək. Qaçan qurbanlıqları tutmaq üçün təşkil olunmuş komanda heyvanları dərmanlı iynə atan silahla təsirsiz hala gətirərək sahibinə təslim edəcək. 
Beləcə qəzalara və Qurban bayramı zamanı yaralanmaların qarşısı alınmış olacaq.

Mənbə: ANS PRESS

 

3 oktyabr 2014
GO BACK