Qadin.NET / "Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq

"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq

 

Təhsil Nazirliyi oktyabrın 5-də keçiriləcək “Müəllimlər günü” ilə bağlı pul yığılması haqda yayılan məlumatlara cavab verib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirliyin sözçüsü Cəsarət Valehov özünün facebook hesabında bildirib ki, bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır:
“Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı "qaynar xətt"imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Biz adı ilə müraciət etməyi öyrənməliyik”.

Mənbə Milli.Az

 

2 oktyabr 2014
GO BACK